Premyer Liqa ən yaxşı oyunçusunu və məşqçisini seçir – Namizədlər açıqlandı


İngiltərə Premyer Liqası 2025/26 mövsümünün ən yaxşı oyunçusu və məşqçisi mükafatlarına namizədləri açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ən yaxşı oyunçu siyahısında 8 namizəd öz əksini tapıb.
Namizədlər arasında “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyaes, qapıçısı David Raya və yarımmüdafiəçisı Deklan Rays, eləcə də “Mançester Siti”nin hücumçusu Erlinq Holan, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes, “Nottinqem”in yarımmüdafiəçisi Morqan Qibbs-Uayt, “Brentford”un hücumçusu İqor Tiaqo və “Mançester Siti”nin qanad oyunçusu Antuan Semenyo var.
Mövsümün məşqçisi mükafatına isə 6 məşqçi namizəd göstərilib. Bunlar Kit Endryus (“Brentford”), Mikel Arteta (“Arsenal”), Maykl Kerrik (“Mançester Yunayted”), Pep Qvardiola (“Mançester Siti”), Andoni İraola (“Bornmut”) və Rejis Le Bridir (“Sanderlend”).
Azarkeşlər mövsümün ən yaxşı oyunçusu və məşqçisi üçün 18 maya qədər səs verə biləcəklər.
Son qalib həm azarkeşlərin, həm də münsiflər heyətinin səsverməsi ilə müəyyən ediləcək.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın ən yaxşı oyunçusu “Liverpul”un hücumçusu Məhəmməd Salah, ən yaxşı məşqçisi isə Xosep Qvardiola seçilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top