
“İnter” 2025/26 mövsümünün İtaliya Kubokunun finalında “Latsio”nu 2-0 hesabı ilə məğlub edərək, 21-ci əsrdə üçüncü dəfə qızıl dubla imza atıb.
Yeniavaz.com xəbər verir ki, bundan əvvəl, Roberto Mançininin rəhbərliyi altında “İnter” 2005/2006 mövsümündə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanıb.
Joze Mourinyonun rəhbərliyi altında isə “İnter” 2009/2010 mövsümündə İtaliya kubokunu və Çempionlar Liqası kubokunu qazanıb.
Bu mövsüm Kristian Kivunun rəhbərliyi altında “İnter” İtaliya A Seriyasında 36 oyundan 85 xal toplayıb və vaxtından əvvəl çempionluğunu elan edib. Belə ki, çempionatın sonuna iki tur qalmış “İnter”i ikinci yerdəki “Napoli”dən 15 xal ayırır.
Tətbiqimizi yükləyə bilərsiniz