
ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpini 2026-cı ilin sentyabr ayında ABŞ-yə səfərə dəvət edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Xalq Yığıncaqları Zalında keçirilən təntənəli ziyafət zamanı bildirib.
Amerika lideri bu görüşü səbirsizliklə gözlədiyini qeyd edib.
“Bu gözəl qəbul üçün bir daha təşəkkür edirəm. Və bu axşam sizi və xanım Peni (Çinin birinci xanımı Pen Liyuan) 24 sentyabrda Ağ Evə dəvət etməkdən böyük şərəf duyuram. Və biz bu görüşü səbirsizliklə gözləyirik”, - deyə o, əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz