2027-ci il ”Qremmi” mükafatlandırma mərasiminin tarixi açıqlandı


2027-ci il üçün “Qremmi” mükafatlandırma mərasimi fevralın 7-də keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
“69-cu illik mərasim 7 fevral 2027-ci ildə Los-Ancelesdə keçiriləcək”, - telekanal bildirib.
Məlumata görə, namizədlər 16 noyabrda açıqlanacaq.
Digər tərəfdən, 1972-ci ildən bəri ilk dəfə olaraq mükafatlandırma mərasimi ABC telekanalı tərəfindən yayımlanacaq. Mərasimi həmçinin, “Hulu” və “Disney+”da onlayn izləmək mümkün olacaq.
Səsvermənin ilk turu oktyabr ayında keçiriləcək və qaliblər dekabr-yanvar aylarında seçiləcək.
Qeyd edək ki, əvvəllər “Qremmi” mükafatlandırma mərasiminin yayım hüquqları CBS telekanalına məxsus idi.

DİGƏR XƏBƏRLƏR

Top