
Bu ilin yanvar-mart aylarında Naftalan şəhərində yerləşən otellərdə 2 579 nəfər xarici ölkə vətəndaşı gecələyib.
Yeniavaz.com xəbər verir ki, Naftalandakı otellərdə qalan əcnəbilər burada ümumilikdə 25 min 827 gecə keçiriblər və göstərilən xidmətlərə görə xarici qonaqlar tərəfindən 1 milyon 745,9 min manat vəsait xərclənib.
Ən çox əcnəbi Özbəkistandan (866 nəfər), Rusiyadan (653 nəfər), Qazaxıstandan (528 nəfər), İsraildən (42 nəfər), Moldovadan (35 nəfər), Tacikistandan (34 nəfər) və Qırğızıstandan (34 nəfər) gələnlər olub.
Otellərdə xərclənən vəsait baxımından isə Özbəkistan (552,4 min manat), Rusiya (467 min manat), Qazaxıstan (432,3 min manat), Moldova (38,7 min manat) və İsrail (29,6 min manat) ön sıralarda qərarlaşıb.
Bu ilin yanvar-mart aylarında Naftalandakı otellərdə qalan əcnəbilərin ölkələr üzrə sayı və burada xərclədikləri vəsaitin bir nəfərə düşən orta məbləği belə olub:
Moldova – 35 nəfər (1 105,7 manat)
Belarus – 6 nəfər (1 100 manat)
Çexiya – 2 nəfər (1 100 manat)
Küveyt – 2 nəfər (850 manat)
Qazaxıstan – 528 nəfər (818,8 manat)
Latviya – 25 nəfər (764 manat)
Qırğızıstan – 34 nəfər (726,5 manat)
Rusiya – 653 nəfər (715,2 manat)
İsrail – 42 nəfər (704,8 manat)
Pakistan – 1 nəfər (700 manat)
Türkiyə – 15 nəfər (693,3 manat)
Estoniya – 11 nəfər (654,5 manat)
Özbəkistan – 866 nəfər (637,9 manat)
ABŞ – 4 nəfər (550 manat)
Almaniya – 16 nəfər (537,5 manat)
Tacikistan – 34 nəfər (508,8 manat)
Türkmənistan – 1 nəfər (500 manat)
Ukrayna – 13 nəfər (430,8 manat)
İsveç – 1 nəfər (400 manat)
Litva – 8 nəfər (337,5 manat)
Çin – 3 nəfər (100 manat)
İtaliya – 1 nəfər (100 manat)
Digər ölkələr – 278 nəfər (415,8 manat)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz