Levandovski “Barselona”dan gedir


Polşalı hücumçu Robert Levandovski mövsümün sonunda “Barselona”dan gedəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşanın “Meczyki” nəşrinin jurnalisti Tomaş Vlodarçik bildirib.
Onun sözlərinə görə, Levandovski “La Liqa”nın 37-ci turu çərçivəsində 17 may bazar günü “Kamp Nou”da “Betis”ə qarşı vida matçına çıxacaq.
Hazırda Səudiyyə Ərəbistanı liqası 37 yaşlı hücumçu üçün ehtimal olunan gələcəkdir. Çünki saat qurşağı, Avropadan məsafə və iqlim onun üçün vacib amillərdir.
“Chicago Fire”dan təklif də nəzərdən keçirilir, lakin bu, daha aşağı prioritetdir. “Porto” da Levandovski ilə maraqlandığını bildirib. lakin hazırda o, əsasən Yaxın Şərqə diqqət yetirir. Polşalının yaxın günlərdə yekun qərar verəcəyi gözlənilir.
Hücumçunun kataloniyalılardan yeni müqavilə təklifi aldığı, lakin komandadakı o qədər də əhəmiyyətli olmayan rolunu əsas gətirərək bunu qəbul etmədiyi bildiriliır. İndiki halda pul Levandovskinin prioriteti deyil. O, karyerasını davam etdirəcəyi kluba əhəmiyyətli dərəcədə təsir göstərmək və oynamaq istəyir.
Qeyd edək ki, bundan əvvəl “Barselona” və Levandovskinin yeni müqavilə danışıqlarını dayandırdığı bildirilmişdi.
Xatırladaq ki, 37 yaşlı Levandovski 2022-ci ildən bəri “Barselona”da oynayır. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top