Daha bir CHP-li bələdiyyədə əməliyyat keçirildi – 20 nəfər saxlanıldı


Türkiyədə aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəetməsində olan daha bir bələdiyyədə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, söhbət Əskişəhər vilayətinin Təpəbaşı rayon bələdiyyəsindən gedir.
Əməliyyat zamanı 20 nəfər bələdiyyə işçisinin saxlanıldığı bildirilir.
Prokurorluğun yaydığı məlumatda isə ümumilikdə 60 nəfərin saxlanılması ilə bağlı qərar qəbul olunduğu deyilir.
Sözügedən şəxslərə qarşı sənədlərin saxtalaşdırılıması, mənimsəmə, dövlət əmlakını talama və s. ittihamları yönəldilib.

DİGƏR XƏBƏRLƏR

Top