
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) iyulun 19-da Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək 2026-cı il Dünya Kuboku finalının fasiləsində ilk dəfə musiqi şousu təşkil edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
15 dəqiqəlik fasilədə Şakira, Madonna və Cənubi Koreyalı BTS qrupu əsas ifaçı kimi çıxış edəcəklər.
Şounun kuratoru isə “Coldplay” qrupunun solisti Kris Martin olacaq.
Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. İlk dəfə olaraq final turnirində 48 komanda mübarizə aparacaq.
Tətbiqimizi yükləyə bilərsiniz