Si Cinpin və Tramp G20 sammitinin keçirilməsi barədə razılığa gəldi


Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp G20 sammitini keçirmək barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çinin “Sinxua” dövlət xəbər agentliyi məlumat yayıb.
Agentlik həmçinin, İki dövlət başçısının Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatı liderlərinin qeyri-rəsmi görüşünü keçirmək barədə razılığa gəldiklərini bildrib.
Qeyd edək ki, G20, 1999-cu ildə qurulan dünyanın aparıcı inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarının qeyri-rəsmi forumudur. O, 19 dövlətdən, eləcə də, iki kollektiv üzvdən - Avropa İttifaqı və Afrika İttifaqından ibarətdir.
Qeyd edək ki, hazırda ABŞ Prezidenti Donald Tramp Pekində səfərdədir. Bu, amerikalı siyasətçinin 2017-ci ildə prezident kimi ilk müddətindən bəri Pekinə ilk səfəridir.
Trampı Pekində amerikalı iş adamlarından ibarət böyük bir nümayəndə heyəti müşayiət edir. Səfərin əsas müzakirə mövzuları ABŞ-İran müharibəsinin həlli, eləcə də, Hörmüz boğazının yenidən açılması olacaq.

DİGƏR XƏBƏRLƏR

Top