Yermak həbs olundu


Kiyev məhkəməsi Volodimir Zelenskinin prezident aparatının keçmiş rəhbəri Andrey Yermak barəsində girov müqabilində azadlığa buraxılmaq şərti ilə 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Yeniavaz.com
xəbər verir ki, hakim qərarı “Obşçestvennoye” telekanalında yayımlanan dinləmə zamanı elan edib.
Girov məbləği 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) təşkil edir.
Digər tərəfdən, Yermak bildirib ki, 3,1 milyon dollar girov ödəmək üçün pulu yoxdur.
O həmçinin əlavə edib ki, müdafiə tərəfi məhkəmənin həbs qətimkan tədbiri ilə bağlı qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, bundan əvvəl prokurorluq 180 milyon qrivna (4,1 milyon dollar) məbləğində girov tələb etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top