PSJ Fransa çempionu oldu


“Pari Sen Jermen” (PSJ) “Ligue 1“in 29-cu turunda “Lens”i məğlub edərək, vaxtından əvvəl Fransa çempionu olub.
Yeniavaz.com
xəbər verir ki, görüş Lensdə baş tutub və 2:0 hesabı ilə başa çatıb.
Hesabı 19-cu dəqiqədə Xviça Kvaratsxeliya açıb. İkinci qolu isə əlavə vaxtın 4-cü dəqiqəsində İbrahim Mbaye vurub.
Bu qələbə ilə Paris klubu 76 xal qazanıb və mövsümün bitməsinə bir oyun qalmış vaxtından əvvəl çempionluq titulunu təmin edib.
Paris komandası ardıcıl beşinci, ümumilikdə isə 14-cü dəfə Fransa çempionu olub.
Qeyd edək ki, PSJ son üç mövsümdə Luis Enrikenin rəhbərliyi altında Fransa çempionluğunu qazanıb. PSJ onun rəhbərliyi altında həmçinin iki dəfə Fransa Kubokunu, üç dəfə Fransa Super Kubokunu, hər biri bir dəfə Çempionlar Liqasını, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.
Xatırladaq ki, PSJ bu mövsüm Çempionlar Liqası titulunu qorumaq üçün yaxşı şansa malikdir. Fransa komandası mayın 30-da Budapeştdə İngiltərənin “Arsenal” komandası ilə finalda oynayacaq.

DİGƏR XƏBƏRLƏR

Top