
ABŞ Prezidenti Donald Tramp vitse-prezident C. D. Vensə prezidentlik müddəti bitməmişdən əvvəl onu dövlət başçısı vəzifəsində əvəz etmək məcburiyyətində qalacağı təqdirdə ətraflı təlimatları əhatə edən məktub yazıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə üzrə baş direktoru Sebastyan Qorka “New York Post” qəzetinə verdiyi müsahibədə bildirib.
O, vitse-prezidentə ünvanlanmış bu məktubun “Resolute”un iş stolunun siyirməsində saxlanıldığını qeyd edib.
Qorka həmçinin, qeyd edib ki, belə bir hal üçün protokollar var və o, bunları müzakirə etmək hüququna malik deyil.
Qeyd edək ki, Amerika lideri üç sui-qəsdin hədəfi olub. Sui-qəsdlərin ilk ikisi 2024-cü ildə seçki kampaniyası zamanı baş verib. İyul ayında Pensilvaniya ştatının Batler dairəsində keçirilən seçki mitinqində çıxış edərkən Trampa atəş açılıb. İki ay sonra Trampın qaldığı Florida ştatının Palm Biç şəhərindəki “Trump International Golf Club” qolf klubunun yaxınlığında silahlı bir şəxs saxlanılıb. Üçüncü sui-qəsd cəhdi 25 aprel 2026-cı ildə Vaşinqtondakı “Washington Hilton” otelində, bütün yüksək səviyyəli administrasiyanın iştirak etdiyi illik Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz