
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün “Sinsinnati”yə qarşı səfər matçında üç qol vurub.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma qonaqların xeyrinə 5-3 hesabı ilə başa çatıb.
Qələbə qollarını Messi (24, 55, 89), Mateo Silvetti (79) və German Berterame (84) vurublar.
“Sinsinnati”nin heyətində isə Kevin Denki (41, penalti), Pavel Buxa (49) və Evander (64) fərqlənib.
Qeyd edək ki, Messi cari MLS mövsümündə 12-ci oyununu keçirib və bu müddətdə 12 qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 13 oyundan sonra 25 xalla ikinci, “Sinsinnati” isə 16 xalla səkkizinci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz