
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Çində rəsmi səfərdədir.
Yeniavaz.com xəbər verir ki, paytaxt Pekində rəsmi qarşılanma mərasimi zamanı Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü müzakirələrə səbəb olub.
Belə ki, Tramp Si Cinpinlə görüşərkən, öz ənənəsinə sadiq qalaraq, onu özünə tərəf çəkməyə çalışıb.
Lakin KİV-də yayılan və həmin anları əks etdirən kadrlarda Trampın istəyinə nail olmadığı görünür. Çin sədrinin müqaviməti, hətta onun da Trampı özünə tərəf çəkməyə çalışması ABŞ Prezidentinin məqsədinə nail olmasına mane olub.
Həmin anların görüntülərini təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz