
İraq milli komandasının beş futbolçusuna 2026-cı il Dünya Kubokunda iştirak etmək üçün ABŞ-yə viza verilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.
Bildirilib ki, İbrahim Bayesh, Mohanad Ali, Zaid Tahseen, Haider Abdulkərim və Ali Al-Hamadiyə viza verilməyib. İmtinaların səbəbləri açıqlanmır.
İraq artıq Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) müraciət edib.
Qeyd edək ki, İraq Norveç, Seneqal və Fransa ilə bir qrupda oynayacaq.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz