
Ohayo ştatının Klivlend şəhərindən olan nevroloq Hovard Taker 103 yaşında Ginnesin Rekordlar Kitabına “dünyanın ən yaşlı həkimi” kimi daxil edilib.
Yeniavaz.com xəbər verir ki ki, o, “CNBC Make It” üçün esse yazdıqdan qısa müddət sonra, 22 dekabr 2025-ci ildə, 103 yaşında vəfat edib.
Mütəxəssis essesində qeyd edib ki, ondan tez-tez necə aktiv, aydın düşüncəli və həyatdan məmnun qaldığını soruşurlar. Həkim bildirib ki, həm genetika, həm də şans rol oynadığı üçün tək bir cavab yoxdur. Lakin, təcrübəsi ilə o, insanın uzun və mənalı bir həyat sürməsinə kömək edə biləcək üç sadə qayda hazırlayıb.
Taker qeyd edir ki, beynin də, digər əzələlər kimi, daimi fəaliyyətə ehtiyacı var. Həyatı boyunca tibbi və hüquqi təcrübədən tutmuş sosial mediaya yiyələnməyə qədər məşğul olmağın yeni yollarını tapıb.
60 yaşında hüquq təhsili almağa başlayıb və 67 yaşında Ohayo Vəkillər Kollegiyasının imtahanından keçib. Onun təcrübəsinə görə, aydınlığı və həyat keyfiyyətini qorumağa kömək edən zehni fəaliyyətdir.
Həkim uzunömürlülüyün yalnız pəhriz və fiziki fəaliyyətdən deyil, həm də insanın həyata münasibətindən asılı olduğunu vurğulayır. O, qəzəb və kin-küdurətin insanı bitirdiyini, ürək xəstəlikləri riskini artırdığını və enerjini tükəndirdiyini barədə xəbərdarlıq edir. O, kin-küdurətin həyatınızı idarə etməsinə icazə verməməyin, enerjinizi həyata məna verən münasibətlərə və fəaliyyətlərə yönəltməyin vacib olduğuna inanır.
Taker deyir ki, yaxşı yaşamaq zövqləri inkar etmək deyil, tarazlıq və mülayimlik deməkdir. O, qidalanmaya ağıllı yanaşmanın, həyatın istənilən sahəsində ifratçılıqdan qaçınmağın və aktiv zehni qorumağın vacibliyini vurğulayır. O, mənfi emosiyalardan uzaq durmağın və mənalı bir həyat yaşamaq üçün hər gündən maksimum dərəcədə istifadə etməyin vacib olduğuna inanır.
“Yaxşı yaşamağın özünə hər zövqü inkar etmək demək olduğuna inanmıram. Mən martini xoşlayıram. Yaxşı bifşteks xoşlayıram. 68 illik həyat yoldaşım Sue gözəl aşpazdır və biz həmişə yaxşı yeyirik. Biz əmçinin balansa - çoxlu salat, tərəvəz və hər şeydə mülayimliyə inanırıq”, - ekspert yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz