
Moskvada terror və PUA hücumları haqqında məlumatların dərc olunmasına məhdudiyyətlər tətbiq olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhərin antiterror komissiyasının protokolunda deyilir.
Bildirilib ki, məhdudiyyətlər saxta xəbərlərlə mübarizə aparmaq məqsədilə tətbiq olunur:
“Müəyyən edilib ki, ayrıca qərar qəbul edilənə qədər dövlət qurumlarına və onların tabeliyindəki təşkilatlara, mediaya, təcili yardım xidmətlərinə və digər təşkilatlara və şəxslərə Moskvada törədilmiş terror aktları, o cümlədən dronlar və/və ya digər məhvetmə vasitələri ilə bağlı məlumatlar (o cümlədən internet vasitəsilə) yaymaq qadağandır”.
Sənəd həmçinin Moskvada fəaliyyət göstərən təxribat və kəşfiyyat qrupları və ya Moskvada törədilmiş vətəndaşların həyatına və sağlamlığına zərər vurmaq, yaxud əmlaka (o cümlədən vacib infrastruktura) ziyan vurmaq məqsədi daşıyan digər hərəkətlər haqqında məlumatların yayılmasını qadağan edir.
Moskva merinin və hökumətinin veb saytına görə, Moskvada terror və dron hücumları haqqında nəşrlərə görə cərimələr 200.000 rubla (4 600 manat - red.) çata bilər.
Tətbiqimizi yükləyə bilərsiniz