Xarici investorlar bir həftədə Türkiyədən 375 milyon dollar çıxarıb

Xarici investorlar 9-13 yanvar həftəsində Türkiyədə 102,8 mln. ABŞ dolları həcmində səhm alıb, 477,9 mln. dollarlıq dövlət və 85,6 mln. dollarlıq korporativ sektor istiqraz və notları satıb. Bu məlumat Türkiyə Mərkəz Bankının (TCMB) hesabatında yer alıb. Hesabata görə, nəticədə, xarici investorların aktivləri bir həftə ərzində səhm portfeli üzrə 102,8 mln. dollarlıq alışa baxmayaraq dolların bahalaşması fonunda 324,4 mln. dollar və ya 0,94% azalaraq 34 038,9 mln. dollara düşüb. Eyni dövrdə, xarici investorların dövlət istiqrazları portfeli 2 460,6 mln. dollar və ya 9,24% azalaraq 24 177,6 mln. dollara enib. Korporativ sektor istiqrazları isə hesabat həftəsində 85,6 mln. dollar və ya 9,43% azalaraq 822 mln. dollara kimi geriləyib. report

DİGƏR XƏBƏRLƏR

Top