Öz şəkli olan “100 dollar”ın fotosunu paylaşdı


ABŞ Prezidenti Donald Tramp Benjamin Franklinin şəkli əvəzinə öz şəkli olan yeni 100 dollarlıq əskinası təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, o, yeni əskinası “Truth Social” sosial şəbəkə səhifəsində dərc edib.
Əskinasın arxa tərəfindəki “Tanrıya inanırıq” ifadəsi isə “Tanrı Donald Trampı qorusun” ifadəsi ilə əvəz olunub.
Sosial şəbəkə istifadəçilərinin bəziləri bunu zarafat kimi qiymətləndirsə də, bəziləri siyasi mesaj kimi qiymətləndirib.
Qeyd edək ki, bu ilin mart ayında ABŞ Maliyyə Nazirliyi Donald Trampın ABŞ əskinaslarında imzası olan ilk prezident olacağını açıqlamışdı.
Xatırladaq ki, əskinasın ön tərəfində hazırda alim, diplomat və ABŞ-nin qurucularından biri olan Benjamin Franklinin şəkli var. Bu şəkil 1785-ci ildə tamamlanmış Cozef Duplessinin rəsminə uyğun gəlir. Əskinasın arxa tərəfində isə İkinci Kontinental Konqresin keçirildiyi və İstiqlal Bəyannaməsinin imzalandığı yer olan Filadelfiyadakı İstiqlal Zalının təsviri var.

DİGƏR XƏBƏRLƏR

Top