
Türkiyə Superliqasının çempionu “Qalatasaray”ın uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyra hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, hadisə mayın 11-də İstanbulun Beyoğlu rayonundakı ticarət mərkəzlərindən birində baş verib.
“Bir nəfər yanıma gəldi və mənimlə şəkil çəkdirmək istədiyini dedi. Onunla şəkil çəkdirdikdən sonra başqa bir adamın yaxınlaşdığını gördüm və düşündüm ki, o da şəkil çəkdirmək istəyir. O, yaxınlaşdıqdan sonra qəfil başımın sol tərəfinə yumruq vurdu. Nə baş verdiyini anlamadım, özümü müdafiə etməyə çalışdım. Mən bu adama heç nə etməmişdim. Onu daha əvvəl görməmişəm”, - deyə Torreyra mətbuata verdiyi açıqlamda bildirib.

Sözügedən şəxs hadisə yerindən qaçmağa çalışsa da, polis onu qısa müddətdə saxlayıb. 32 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Polis Torreyranın 39 yaşlı sürücüsünün də hadisə zamanı sözügedən şəxsi yumruqla vurduğunu açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz