Ranyeri İtaliya millisinə rəhbərlik etmək istəyir


İtaliyalı məşqçi Klaudio Ranyeri milli komandaya rəhbərlik etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
“Mən əvvəllər İtaliya millisinə “yox” dedim, çünki artıq “Roma”da işim var idi və eyni anda iki vəzifə tuta bilməzdim. Hazırda sərbəstəm, ona görə də, təklif gəlsə, niyə də olmasın?“, - deyə Ranyeri bildirib.
Ranyeri “Roma” idarə heyətinin müşaviri vəzifəsini 2026-cı ilin aprel ayının sonunda tərk edib. O, bu vəzifəni 2025-ci ilin iyul ayından bəri tuturdu.
Qeyd edək ki, 74 yaşlı mütəxəssis daha əvvəl “Roma”, “Kalyari”, “Uotford”, “Sampdoriya”, “Çelsi”, “Atletiko”, “Fiorentina”, “Napoli”, “Fulhem”, “Nant”, “Lester”, “Monako”, ”İnter”, “Yuventus”, “Parma”, “Valensiya” və Yunanıstan milli komandasına rəhbərlik edib.
Xatırladaq ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Milli komanda pley-off matçında Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilərdə 1:4). Bundan sonra baş məşqçi Cennaro Qattuzo istefaya göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top