
Son günlərdə 74 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşlarının nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Türkmənistan, Ermənistan, Sudan, Uqanda, Özbəkistan və digər dövlətlərdən ümumilikdə 74 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz