Tramp bu sualı verdiyi üçün jurnalisti axmaq adlandırdı


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə inşa edilən yeni bal zalının dəyərinin niyə ilkin hesablamadan iki dəfə artıq olması ilə bağlı suala sərt reaksiya verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata görə, jurnalistin sualını cavablandıran Tramp layihənin ölçüsünün böyüdüldüyünü bildirib və “Mən bal zalının ölçüsünü ikiqat artırdım, axmaq adam” ifadəsini işlədib.
ABŞ lideri həmçinin qeyd edib ki, tikinti işləri büdcə çərçivəsində davam edir və planlaşdırılmış qrafiki qabaqlayır.
Qeyd edək ki, Ağ Evin Şərq hissəsində tikilən 300 milyon dollarlıq yeni bal zalının 2028-ci ilin yayında istifadəyə verilməsi planlaşdırılır.
Layihəyə əsasən, yeni bal zalı 650 nəfərlik tutuma malik olacaq. Daha əvvəl yayılan məlumatlarda tikintinin Trampın prezidentlik müddəti başa çatmamış tamamlanmasının gözlənildiyi bildirilirdi.

DİGƏR XƏBƏRLƏR

Top