
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Hovers Group” MMC (VÖEN – 1501843641) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilənin şərtlərinə görə “Hovers Group” MMC Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisi işlərini həyata keçirəcək və qarşılığında 41 milyon 266 min 443 manat 96 qəpik alacaq.
Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 345 min 720 manat olan “Hovers Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.
Elbur Əli
Tətbiqimizi yükləyə bilərsiniz