Tramp Venesuelanı “51-ci ştat” kimi təqdim etdi


ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində Venesuela xəritəsinin şəklini “51-ci ştat” başlığı ilə dərc edib.
Yeniavaz.com
xəbər verir ki, Amerika liderinin dərc etdiyi şəkildə Bolivar Respublikasının ərazisi ABŞ bayrağının rəngləri ilə rənglənib.
Qeyd edək ki, bundan əvvəl “Fox News” telekanalının jurnalisti Bill Melucin “X” sosial şəbəkə səhifəsində Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi düşündüyünü bildirmişdi. O, Trampın bunu “Fox News”dan həmkarı Con Robertslə telefon danışığı zamanı bildirdiyini əlavə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top