“Survivor”da faciəvi qəza – Çəkilişlər dayandırıldı


Dominikan Respublikasında çəkilən və Acun Ilıcalının prodüseri olduğu “Survivor Yunanıstan” yarışmasında faciəvi hadisə baş verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Stavros Floros nizə ilə balıq tutan zaman meydana gəlib.
Belə ki, bu vaxt turistlərin istifadə etdiyi sürətli qayıqlardan biri onu vurub. Zərbədən ağır bədən xəsarətləri alan yarışmaçıya oradakı təcili tibbi yardım heyəti ilkin tibbi yardım göstərib. Daha sonra Floros xəstəxanaya aparılıb və onun bir ayağı amputasiya edilib. Digər ayağının topuq hissəsində isə ciddi xəsarətlərin olduğu bildirilir.
KİV yazır ki, hadisədən sonra müsabiqə iştirakçıları və heyət ruhdan düşdüyü üçün “Survivor Yunanıstan”ın çəkilişləri qeyri-müəyyən müddətə dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top