Rusiyanın xoşbəxtlik indeksi 15 illik minimuma düşdü


Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzi (VCIOM) tərəfindən ölçülən Rusiya xoşbəxtlik indeksi 2026-cı ilin aprel ayında 52-yə bərabər olub.
Yeniavaz.com
xəbər verir ki, bu, son 15 ilin ən aşağı göstəricisidir.
Xoşbəxtlik indeksini ölçmək üçün rusiyalılara müntəzəm olaraq qapalı sual verilir və bu sual tam olaraq aşağıdakı kimi ifadə olunur:
“Həyatda hər şey baş verə bilər: yaxşı və pis. Bəs ümumilikdə xoşbəxtsiniz, ya yox?”
Cavablar ballarla ifadə olunan indeksi hesablamaq üçün istifadə olunur.
Mart ayı ilə müqayisədə xoşbəxtlik indeksi aprel ayında dörd bal azalaraq 56-dan 52-yə düşüb (bir ay əvvəl, fevral ayında 55 idi). 2025-ci ilin aprel ayında xoşbəxtlik indeksi 63-də olub, sonra iyul ayında 58-ə düşüb və sonra yenidən yüksəlməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top