Ərdoğan PKK ilə 17 aylıq mübarizənin hesabatını verdi

Son 1,5 ildə PKK terror təşkilatına qarşı mübarizədə Türkiyədə 871 hərbçi, polis, 337 mülki vətəndaş şəhid olub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, həmin müddət ərzində 10 minə yaxın PKK terrorçusu zərərsizləşdirilib, 12 minə yaxın terrorçu və onlara yardım edən şəxslər tutulub. Prezident qeyd edib ki, Türkiyə artıq müdafiə mövqeyində deyil, hücum keçib: “Artıq atacaq güllələri qalmayıb. Bundan sonra sıra bizdədir. Təhdidin mənbəyi haradadırsa, onu orada məhv edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top