Tayland turistlər üçün vizasız qalma müddətini endirməyi planlaşdırır


Tayland hakimiyyəti xarici turistlər üçün vizasız qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri Sihasak Phuangketkeou məlumat yayıb.
“Biz inanırıq ki, 60 gün çox uzun ola bilər və əsl turist olmayan bəzi insanlar vizasız rejimdən qanunsuz məqsədlər üçün istifadə edirlər. Biz nəzarəti gücləndirmək istəyirik”, - nazir bildirib.
Bundan əlavə, nazir qeyd edib ki, bir neçə viza kateqoriyası nəzərdən keçirilməlidir, çünki onların sayı çoxdur və bəziləri birləşdirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top