Enorqodarda uşaq meydançasında PUA partladı


“Enerqodarda yerləşən uşaq meydançasında Ukrayna dronu partlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zaporojye Atom Elektrik Stansiyasının kommunikasiya direktoru Yevgeniya Yaşina məlumat yayıb.
“Dronlardan biri uşaq meydançasında partlayıb. Zərərin dərəcəsi daha sonra, vəziyyət imkan verdikdə qiymətləndiriləcək. Vəziyyət gərgin olaraq qalır, əlavə zərbələr təhlükəsi var. Təcili yardım xidmətləri gücləndirilmiş iş rejimində işləyir”, - Yaşina deyib.
Qeyd edilib ki, başqa bir dron hücumunda iki mülki şəxs də yaralanıb:
“Dron hücumları nəticəsində iki nəfər yaralanıb. Qurbanlar tibb müəssisəsindədir və tibbi yardım alırlar. Şəhər infrastrukturu və yaşayış binalarına ziyan dəyib”.
 

DİGƏR XƏBƏRLƏR

Top