Hamilə qadınların fastfud qəbulu niyə təhlükəlidir?


Hamiləlik dövründə fastfud məhsullarının qəbulu ana südünün keyfiyyətini azalda və körpənin sağlamlığına mənfi təsir göstərə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Acta Physiologica” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Alimlər siçanların bir qrupunu adi qidalarla, digər qrupunu isə hamiləlikdən əvvəl, hamiləlik dövründə və doğuşdan sonra yüksək yağlı və şəkərli fastfud tipli qidalarla qidalandırıblar. Araşdırma zamanı anaların orqanizmində yağ yığılması, qaraciyərin vəziyyəti, plasentanın inkişafı və ana südünün keyfiyyəti öyrənilib.
Nəticədə məlum olub ki, xarici görünüşdə ciddi çəki artımı müşahidə edilməsə də, yüksək yağlı və şəkərli qidalar qaraciyərin yağlanmasına, ana südünün keyfiyyətinin zəifləməsinə və yeni doğulan balaların sağlamlığına mənfi təsir göstərib.
Alimlərin sözlərinə görə, xüsusilə maddi çətinliklər səbəbindən insanlar daha ucuz və emal olunmuş qidalara üstünlük verirlər. Hamiləlik dövründə düzgün qidalanma isə körpənin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Çünki qeyri-sağlam qidalanma gələcəkdə həm anada, həm də uşaqda diabet, ürək xəstəlikləri və insult riskini artıra bilər.

DİGƏR XƏBƏRLƏR

Top