Əhval-ruhiyyə geyimə necə təsir edir?


Aparılan araşdırmalar göstərib ki, gündəlik geyim seçimləri insanların əhval-ruhiyyəsi ilə birbaşa əlaqəlidir.

Yeniavaz.com xəbər verir ki, bu nəticə Hertfordşir Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma zamanı əldə olunub.
Tədqiqat çərçivəsində 100 qadının geyim seçimləri araşdırılıb. Məlum olub ki, iştirakçıların yarıdan çoxu depressiv vəziyyətdə olarkən cins şalvar geyindiyini bildirib. Xoşbəxt olduqları zaman isə yalnız üçdə biri cins şalvara üstünlük verdiyini deyib.
Araşdırma həmçinin göstərib ki, qadınların 57%-i özünü pis hiss etdikdə geniş köynək geyinməyə meylli olur. Xoşbəxt əhvalda olarkən isə bu göstərici cəmi 2% təşkil edib. Bundan başqa, qadınlar sevdikləri ayaqqabı və aksesuarlardan daha çox xoşbəxt olduqları vaxt istifadə etdiklərini bildiriblər.
Tədqiqatın müəllifi qeyd edib ki, insanı yaxşı hiss etdirən geyimlər adətən daha rahat biçimli, bədən quruluşuna uyğun və rəngarəng olur. Araşdırmada cins şalvarların isə çox zaman sadə və diqqət çəkməyən geyim kimi qəbul edildiyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top