Almaniyada marixuana çəkməyə icazə verildi

Almaniya Bundestaqı qəbul etdiyi qanun layihəsinə əsasən, xərçəng xəstələrinə və nervoloji xəstəliklərdən əziyyət çəkən insanlara marixuana çəkməyə icazə verilir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, həkimlər başqa preparatlar pasiyentə kömək etməsə, ağrı sindromunu götürmək üçün marixuana reseptini yazacaqlar. Marixuananı apteklərdən almaq mümkün olacaq, onun əldə edilməsi xərclərini sığorta şirkətləri qarşılayacaq. Xüsusi dövlət agentliyi “müalicəvi” narkotiklərin dövriyyəsinə nəzarət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top