Trampla Çinə “Apple”, “Tesla” və “Meta” rəhbərləri də gedəcək


ABŞ Prezidenti Donald Trampın bu həftə Çinə səfəri zamanı Amerika nümayəndə heyətinin tərkibində 10-dan çox nüfuzlu şirkətin baş direktorları və yüksək vəzifəli şəxsləri də olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentlik qeyd edir ki, ABŞ Prezidenti bu səfərin Pekinlə bir sıra biznes sövdələşmələri və satınalma müqavilələri bağlamağa səbəb olacağına ümid edir.
Agentliyin məlumatına görə, siyahıda aşağıdakı şirkətlər və rəhbərlər var:
“Apple”: Tim Kuk;
“Blackrock”: Larri Fink;
“Blackstone”: Stiven Şvartsman;
“Boeing”: Kelli Ortberq;
“Cargill”: Brayan Sayks;
“Citi”: Ceyn Freyzer;
“Cisco”: Çak Robbins;
“Coherent”: Cim Anderson;
“GE Aerospace”: Lourens Kalp;
“Goldman Sachs”: Devid Solomon;
“Illumina”: Ceykob Taysen;
“Mastercard”: Maykl Mibax;
“Meta”: Dina Pauell Makkormik;
“Micron”: Sancay Mehrotra;
“Qualcomm”: Kriştianu Amon;
“Tesla”/”SpaceX”: İlon Mask;
“Visa”: Rayan Makinerni.

DİGƏR XƏBƏRLƏR

Top