ABŞ qırıcı təyyarələri Liviyadakı İŞİD mövqelərinə zərbələr endiriblər

ABŞ hərbi hava qüvvələrinə məxsus B-2 qırıcı bombardmançı təyyarələri Liviyanın cənubunda fəaliyyət göstərən radikal islamçı qrupların bazalarına qarşı əməliyyat keçiriblər. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Sirt şəhərindən 45 kilometr məsafədə yerləşən İŞİD-ə məxsus iki bazaya endirilən aviazərbələr nəticəsində ən azından 90 silahlı məhv edilib. Öz növbəsində CNN telekanalının yaydığı məlumatda qeyd edilir ki, İŞİD bazalarına aviazərbələr endirilməsi Obamanın razılığı əsasında həyata keçirilib. CNN-nin bildirdiyinə görə, aviazərbələrdən öncə bir neçə həftə ərzində ABŞ-a məxsus kəşfiyyat təyyarələri silahlıların hərəkətlərini izləyib. Uoll Strit Jurnal (Wall Street Journal) isə Pentaqondakı yüksək səviyyəli rəsmiyə istinadən yazır ki, aviazərbələr nəticəsində terrorçular böyük itkilər verib. Hazırda Pentaqon hava zərbələrinin nəticələrini araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top