
Hərbi qulluqçuların minaya düşməsi faktı araşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz