
Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus “Hall Siti” İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda Çempionşip pley-off yarımfinalının ikinci oyununda “Milluoll” üzərində qələbə qazanıb.
Yeniavaz.com xəbər verir ki, oyun 2-0 hesabı ilə “Pələnglər”in xeyrinə başa çatıb.
Hakim Samuel Barrottun idarə etdiyi oyun Londondakı ”The Den” stadionunda baş tutub.
64-cü dəqiqədə Məhəmməd Bellumi hesabı açaraq qonaqları hesabda irəli çıxarıb. 79-cu dəqiqədə Cozef Celhardt komandasının hesabındakı fərqi ikiqat artırıb.
Qeyd edək ki, mayın 23-də keçiriləcək pley-off finalında “Hall Siti” “Middlsbro” – “Sauthempton” matçının qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, komandalar ilk oyunda heç bir qol vura bilməyiblər. Onların cavab matçı bu gün keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz