Şahbaz Şərif Rusiyaya gedir


Pakistanın Baş naziri Şahbaz Şərif Rusiyaya səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi TASS agentliyinə verdiyi müsahibədə bildirib.
“Biz bunun üzərində işləyirik. Ümid edirəm ki, tarix iyun ayına, ya da iyul ayına yaxın təyin olunacaq. Baş nazir bu səfəri səbirsizliklə gözləyir. Əlbəttə ki, tarixlər razılaşdırılan kimi elan ediləcək”, - deyə diplomat səfərin tarixinin razılaşdırılıb-razılaşdırılmadığı barədə sualı cavablandırarkən qeyd edib.
Səfir həmçinin iki liderin keçən il Pekin və Aşqabad olmaqla iki dəfə görüşdüyünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top