
“Çelsi” Xabi Alonsonu komandanın baş məşqçisi vəzifəsinə dəvət etmək variantını nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 44 yaşlı ispan mütəxəssis belə bir ssenarini istisna etmir.
Hələlik yekun qərar verilməsə də, danışıqlar davam edir.
Boş qalan vəzifəyə digər namizədlər arasında mövsümün sonunda “Bornmut”dan ayrılacaq Andoni İraola da var.
Qeyd edək ki, Xabi Alonso əvvəllər “Real Madrid”in baş məşqçisi vəzifəsini icra edib.
Xatırladaq ki, “Çelsi”də son heyət dəyişikliyindən sonra müvəqqəti olaraq baş məşqçi vəzifəsinə Kalum Makfarleyn təyin edilib.
Daha əvvəl “The Telegraph” qəzeti Oliver Qlasner və Filipe Luisin “Çelsi”nin baş məşqçisi vəzifəsinə namizədlərin siyahısında olduğunu bildirmişdi.
Hazırda London klubu Premyer Liqanın turnir cədvəlində doqquzuncu yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz