
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir:
“Əlavə məlumat veriləcək”.
***08:58
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən anbarda yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə əvvəlcə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, daha sonra isə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək”, - FHN-in məlumatında deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz