İkardinin azarkeşin mesajına verdiyi cavab gündəm oldu – Foto


“Qalatasaray”ın ulduz hücumçusu Mauro İkardi bir azarkeşin onun üçün hazırladığı xüsusi “pankarta” sosial media hesabı vasitəsilə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, tribunada bir tərəfdarın köynəyin üzərinə “Səni övladıma danışacağam, o da öz övladına səni danışsın deyə” yazması futbolçunun diqqətindən yayınmayıb.
Argentinalı ulduz həmin fotonu paylaşaraq, “Oğluna danış ki, bir gün bir argentinalı İstanbula gəldi və sonunda bütün bir camiəni qəlbinə sığdırdı” ifadələrini işlədib.
İkardi paylaşımında həmçinin bu yaşananların izahı imkansız bir eşq hekayəsi olduğunu və bəzi bağların sonsuzluğa uzanmaq üçün doğulduğunu qeyd edib.
Bu paylaşım qısa müddətdə “sarı-qırmızılı” azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və sosial mediada geniş yayılıb.
Qeyd edək ki, Mauro İkardi 19 fevral 1993-cü ildə Argentinada anadan olub və karyerası boyu "Sampdoriya", "İnter", "PSJ" kimi klublarda çıxış edib. O, “Qalatasaray” klubuna ilk dəfə 2022-ci ilin sentyabr ayında icarə əsasında gəlib, göstərdiyi uğurlu performansdan sonra isə 2023-cü ildə daimi müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top