
Açıqlanan son rəsmi məlumata görə, daimi yaşamaq üçün il ərzində xarici ölkələrə 2 min 298 nəfər Azərbaycan vətəndaşı köç edib.
Yeniavaz.com xəbər verir ki, əsas istiqamətlər Rusiya və Türkiyə olub. Rusiyaya 707 nəfər, Türkiyəyə isə 457 nəfər Azərbaycan vətəndaşı köç edib. Bunlardan başqa il ərzində ABŞ-yə 134 nəfər, Almaniyaya 101 nəfər, Böyük Britaniyaya 52 nəfər, Polşaya isə 32 nəfər daimi yaşamaq üçün gedib. İsrailə köç edənlərin sayı 26 nəfər olub.
MDB məkanına gedənlərin ümumi sayı 921 nəfər təşkil edib. Digər xarici ölkələrə köç edənlərin sayı isə 1 377 nəfər olub.
Rəsmi statistikanın açıqlandığı son bir il ərzində Azərbaycandan daimi yaşamaq üçün gedənlərin sayı ölkələr üzrə aşağıdakı kimi olub:
Rusiya – 707 nəfər
Türkiyə – 457 nəfər
ABŞ – 134 nəfər
Almaniya – 101 nəfər
Qazaxıstan – 79 nəfər
Gürcüstan – 75 nəfər
Özbəkistan – 60 nəfər
Böyük Britaniya – 52 nəfər
Türkmənistan – 41 nəfər
Polşa – 32 nəfər
İsrail – 26 nəfər
Latviya – 17 nəfər
Estoniya – 13 nəfər
Litva – 13 nəfər
Belarus – 12 nəfər
Qırğızıstan – 10 nəfər
Moldova – 6 nəfər
Ukrayna – 5 nəfər
Yunanıstan – 4 nəfər
Pakistan – 3 nəfər
Tacikistan – 1 nəfər
Digər xarici ölkələr – 450 nəfər
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz