
Taylandda yarasalarda yeni koronavirus ştammı müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Taylandın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində aşkarlanan virusun COVID-19-la müqayisədə daha az yoluxucu olduğu və xəstəliyin daha yüngül keçdiyi müəyyənləşdirilib. Mütəxəssislər qeyd edirlər ki, mövcud koronavirus vaksinləri ağır fəsadların qarşısını almaqda effektivliyini qoruyur.
Rəsmi qurumlar genişmiqyaslı yayılma ehtimalının aşağı qiymətləndirildiyini vurğulayıblar.
Mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olduqdan sonra Taylandın Saxta Xəbərlərlə Mübarizə Mərkəzi məlumatları araşdıraraq yarasalarda yeni ştammın aşkarlanması ilə bağlı xəbərlərin doğru olduğunu təsdiqləyib.
Tətbiqimizi yükləyə bilərsiniz