
Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesini şimaldan cənuba doğru davam etdirmək barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də seçki kampaniyası zamanı çıxışında bildirib.
Baş nazirin sözlərinə görə, 2024-cü ildə Ermənistan və Azərbaycan arasında fəaliyyət göstərən sərhəd delimitasiyası komissiyasının əsasnaməsi imzalanıb və ratifikasiya edilib. O vurğulayıb ki, sənəddə delimitasiya prosesinin əsas prinsipi kimi Alma-Ata Bəyannaməsi qəbul olunub.
Paşinyan bildirib ki, bu prinsipə əsasən Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədlər iki müstəqil dövlət arasında beynəlxalq sərhəd kimi qəbul edilməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz