
“28-29 mayda keçiriləcək AİB sammitində iştirak etməyəcəyəm”.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 11 mayda tətildə olarkən jurnalistlərlə söhbətində bildirib.
“Mən aprel ayında Rusiya Federasiyasına səfərim zamanı Rusiya prezidentinə bu barədə məlumat verdim. Qərarım barədə Qazaxıstan prezidentinə də məlumat verdim”, - deyə Paşinyan qeyd edib.
O, əlavə edib ki, seçki kampaniyası və 28 mayda keçiriləcək hərbi parad səbəbindən ölkəni tərk edə bilməyəcək.
Nikol Paşinyan qeyd edib ki, Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz