
“Barselona”nın 18 yaşlı cinah oyunçusu Lamin Yamal peşəkar karyerasında üçüncü dəfə La Liqa kubokunu qazanıb.
Yeniavaz.com xəbər verir ki, bundan əvvəl Lamin Yamal 2022/23 və 2024/25 mövsümlərində İspaniya çempionluğunu əldə edib.
Beləliklə, ona üç La Liqa titulunu qazanmaq üçün dörd mövsüm lazım olub. Ronaldonun isə “Real Madrid”də iki İspaniya çempionluğunu qazanmaq üçün doqquz mövsümə ehtiyacı olub. Bununla da, Yamal bu göstəricidə Ronaldonu geridə qoyub.
Qeyd edək ki, Yamal ümumilikdə “Barselona”da altı kubok qazanıb. Onun karyerasında üç La Liqa titulundan əlavə, bir Kral Kuboku və iki İspaniya Super Kuboku var.
Xatırladaq ki, “Barselona” “Real Madrid”i 2-0 hesabı ilə məğlub edərək, 2025/2026 mövsümündə İspaniya çempionu olub. Kataloniya klubu tarixində 29-cu dəfə İspaniya çempionluğunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz