
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin rəsmi saytındakı dərc olunmuş bəyanatda öz əksini tapıb.
Sənədə görə, Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları 85 maddə genişləndirib.
Sanksiyalar əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən, sanksiyalardan yayınmağa kömək edən, Rusiya hərbi-sənaye kompleksinə texnologiya və avadanlıq təmin edən, həmçinin “kölgə donanması”, logistika, dron istehsalı və maliyyə şəbəkələri ilə əlaqəli olan şəxs və qurumlara qarşı tətbiq edilib.
Tətbiqimizi yükləyə bilərsiniz