ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçdi


ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Iran War Cost Tracker” (IWCT) internet resursunda öz əksini tapıb.
Məlumata görə, əməliyyatın ilk altı günü Vaşinqtona 11,3 milyard dollara başa gəlib.
Hesablama zamanı şəxsi heyətin təminatı, regiona göndərilən gəmilərin təchizatı, həmçinin, digər əlaqəli xərclər nəzərə alınıb.
Hesablama metodu Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi hesabata əsaslanır və bu hesabata əsasən, əlavə xərclər gündə təxminən 1 milyard dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top