“Barselona” “Real Madrid”i məğlub etdi - İspaniya çempionu oldu + Video


“Barselona” İspaniya çempionatının 35-ci turunda “Real Madrid” üzərində 2:0 hesablı qələbə qazanaraq İspaniya çempionu olub.
Yeniavaz.com
xəbər verir ki, oyun “Barselona”nın “Kamp Nou” stadionunda baş tutub.
Qələbə qollarını Markus Reşford (9-cu dəqiqə) və Ferran Torres (18-ci dəqiqə) vurublar.
Hazırda “Barselona”nın 91 xalı var və La Liqanın sonuna üç oyun qalmış ikinci yerdəki “Real Madrid”dən 14 xal qabaqdadır.
Bu “Barselona”nın 29-cu İspaniya çempionluğudur. “Real Madrid” isə 36 çempionluq titulu ilə rekorda sahibdir.
“Barselona” “Real Madrid”lə oyundan sonra ilk dəfə İspaniya çempionu olub. Klub tarixində ilk dəfə olaraq qızıl medallar “El Klassiko”dan sonra təqdim edilib.
Matç “Barselona”nın baş məşqçisi Hans Diter Flikin atasının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Jurnalist Jerar Romeronun sözlərinə görə, o, mayın 10-u gecəsi vəfat edib.
İspaniya çempionatının 36-cı turunda “Barselona” mayın 13-də səfərdə “Alaves”lə, “Real Madrid” isə mayın 14-də evdı “Ovyedo” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top