
ABŞ Prezidenti Donald Tramp bu həftə Çinə rəsmi səfərə gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Çin Prezidenti Si Cinpinin dəvəti ilə ABŞ Prezidenti Donald Tramp 13-15 may tarixlərində Çinə dövlət səfəri edəcək”, - nazirlik bildirib.
Qeyd edək ki, Tramp əvvəlcə 31 mart - 2 aprel tarixlərində Pekinə səfər etməyi planlaşdırırdı, lakin İran ətrafındakı vəziyyətə görə səfər təxirə salındı.
Tətbiqimizi yükləyə bilərsiniz